Cənubi Qafqaz Dövlətçilik sistemində Azərbaycan siyasi xadimlərinin fəaliyyəti (1918-ci il aprel- 1918-may)
Rahim Həsənov · Akademik Tarih ve Düşünce Dergisi, 2020
Kolleksiya xülasəsi
1918-ci ilin aprel-may aylarında Zaqafqaziya Seymində Azərbaycan siyasi elitasının rolunu araşdıran akademik məqalə.
Rahim Həsənovun "Akademik Tarih ve Düşünce Dergisi"ndə çap olunan bu məqaləsi 1917-ci il fevral inqilabından sonra Cənubi Qafqazda formalaşan siyasi quruluşu və Zaqafqaziya Seymində Azərbaycan siyasi xadimlərinin fəaliyyətini araşdırır. Müəllif diyarın polietnik tərkibinin, sentralist-desentralist və sosialist-müsavatçı fikir ayrılıqlarının Qafqazın gələcək statusuna dair mübahisələri necə formalaşdırdığını təhlil edir. Kolleksiya baxımından əhəmiyyəti 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanına və Qafqaz İslam Ordusunun bölgəyə gəlişinə aparan siyasi zəmini işıqlandırmasıdır.
Mənbənin öz xülasəsi
Rusiya imperiyasında 1917-ci il fevral inqilabından sonra dünya siyasi arenasında yetərincə dəyişikliklər baş verdi. Xalqlar həbsxanası adlanan bir dövlətdə monarxiyanın devrilməsi, demokratik ortamın yaranmasına gətirib çıxardı. Ölkənin hər yerində milli-siyasi hərəkatlar başlasa da, Cənubi Qafqazda olan siyasi durum imperiyanın başqa bölgələrindən köklü şəkildə fərqlənirdi. Belə ki, diyarın polietnik vəziyyəti burada mərkəzləşmə siyasəti aparmağa maneçilik törədirdi. Həm də siyasi fikir ayrılıqları da bölgənin qızğın siyasi zona olmasına gətirib çıxarmışdı. 1918-ci ilin fevral ayında Cənubi Qafqazda fevral inqilabından sonra formalaşmış Zaqafqaziya Seymi bir növ dövlətçilik xarakteri daşıyırdı. Bu qurumda Qafqazın ən böyük xalqı olan azərbaycanlıların iştirakı, qafqazın gələcək statusunun müəyyənləşdrlməsində əhəmiyyətli rol oynamışdı. Məqalədə Zaqafaziya Seymində Azərbaycan siyasi elitasının oynadığı rol və gələcək milli dövlətin yaradılması uğrunda mübarizədən bəhs edilir.
İndeks
- Şəxslər
- Rahim Həsənov
- Yerlər
- Güney KafkasyaAzerbaycan
- Hərbi hissələr və qurumlar
- Zaqafqaziya SeymiMüsavat PartisiAzerbaycan Halk Cumhuriyeti
Mənbənin açar sözləri
Caucasian government · Qafqaz höküməti · centralist · descentralist · desentralist · musavat · müsavat · sentralist · sosialist · Кавказское правительство · децентралист · мусават · социалист · централист
