TADİV
Veb səhifəAçıq girişbioqrafiyasiyasi tarix

Azərbaycan Xalq Cümhuriyyəti portalı: AXC qurucuları

Prezident Kitabxanası (axc.preslib.az)

Kolleksiya xülasəsi

Prezident Kitabxanasının AXC portalında Məhəmməd Əmin Rəsulzadə ilə başlayan Cümhuriyyət qurucularının bioqrafiyalarına həsr olunmuş veb səhifə.

Qeyd Prezident Kitabxanasının Azərbaycan Xalq Cümhuriyyəti portalının "AXC qurucuları" bölməsinə aiddir və Cümhuriyyət qurucularının bioqrafiyalarını təqdim edir. Səhifədə Məhəmməd Əmin Rəsulzadənin 1884-cü ildə doğulması, təhsili, Müsavat və Milli Şura sədrliyi kimi məlumatlar var; portalın menyusunda "Bakının qurtuluşu", Ordu, Parlament, Diplomatik əlaqələr başlıqları yer alır. 1918-ci il Azərbaycan siyasi kadrlarını tanıtdığı üçün Qafqaz İslam Ordusu dövrü baxımından bioqrafik istinad dəyəri daşıyır.

Mənbənin öz xülasəsi

Azərbaycan Xalq Cümhuriyyəti AZ | EN | RU Yaranması və fəaliyyəti Ümumi məlumat Milli Şura Parlament Hökumət Bakının qurtuluşu Ərazi Əhali İqtisadiyyat Təhsil Mədəniyyət Mətbuat Diplomatik əlaqələr AXC qurucuları Xronologiya Rəmzlər və atributlar Bayraq Gerb Himn Orden və medallar Pul Dil Ordu Sənədlər İstiqlal bəyannaməsi Parlamentin yaradılması AXC-nin süqutu Sərəncamlar və qərarlar Nitqlər, müraciətlər E-Kitablar E-Məqalələr Biblioqrafiya Kitablar Məqalələr Avtoreferatlar Xəritələr Fotoarxiv AXC qurucuları AXC qurucularının bioqrafiyası Məhəmməd Əmin Rəsulzadə Məhəmməd Əmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvar ayının 31-i Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, jurnalist, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri; Azərbaycan Milli Şurasının sədri (1918, 27 may - 1918, 17 iyun; 1918, 16 noyabr – 7 dekabr), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri olmuşdur. İlk təhsilini 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-1903). 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir. 1905-1907-ci illər inqilabının məğlub olmasından sonra İrana mühacirət etmişdir. M. Ə. Rəsulzadə 1908-1911-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmişdir. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-1911). İran inqilabı yatırıldıqdan (1911) sonra Türkiyəyə mühacirət etmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Rəsulzadə Bakıya dönmüş və "Müsavat" partiyasının rəhbərliyinə keçmişdir. 1915-ci ildə "Açıq söz" qəzetini nəşr etmişdir. 1917-ci ilin iyununda "Müsavat"la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşir, Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın sədri seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etmiş, səhəri gün buraxılmış Seymə daxil olan müsəlman partiya və qruplar Azərbaycan Milli Şurasını yaradaraq, M. Ə. Rəsulzadəni İcraiyyə komitəsinin sədri seçmişlər. Mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etmişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyası) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və

İndeks