Cümhuriyyətin yaranması ərəfəsində Şimali Azərbaycanda ictimai siyasi proseslər və İranın mövqeyi (fevral 1917-ci il – may 1918-ci il)
Sevinc Məmmədova · Akademik Tarih ve Düşünce Dergisi, 2023
Collection summary
A scholarly article examining political processes in Northern Azerbaijan between February 1917 and May 1918 and the attitude of Iranian official circles and press toward them.
This 2023 article by Sevinc Mammadova in Akademik Tarih ve Düşünce Dergisi analyses political developments in Northern Azerbaijan on the eve of the proclamation of the Azerbaijan Democratic Republic. It discusses the national movement led by the revived Musavat Party, its demand for national-territorial autonomy within a federal Russia, and how Iranian official circles and the press responded. For the collection it provides background on the political setting into which the Army of Islam entered in 1918.
The source's own abstract
Təqdim olunan məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu (28 may 1918-ci il) ərəfdə Şimali Azərbaycanda gedən siyasi proseslərə İranın rəsmi dairələrinin münasibəti təhlil olunur. I Dünya müharibəsi və 1917-ci ildə çar Rusiyasında baş vermiş inqilabi hadisələr Şimali Azərbaycana da öz təsirini göstərdi. 1917-ci il Fevral inqilabından sonra öz fəaliyyətini bərpa etmiş “Müsavat” partiyasının başçılığı altında Azərbaycan milli hərəkatı Rusiyada demokratik federativ respublika yaradılması və Azərbaycana onun daxilində milli-ərazi muxtariyyəti verilməsi uğrunda mübarizəyə başlamışdı. Qeyd olunan dövrdə İran hakimiyyəti Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda cərəyan edən prosesləri diqqətlə izləyir, regionda baş verən hadisələrin İranın cənubuna sirayət etməsinin qarşısını almaq üçün müəyyən cəhdlər göstərirdi. Bəhs olunan dövrdə İranın Azərbaycanla bağlı mövqeyi və fəaliyyəti daha çox bu ölkənin ictimai və siyasi dairələrinin, mətbuatının Azərbaycandakı ictimai-siyasi hadisələrə münasibətində özünü biruzə verirdi. Onların diqqətini cəlb edən əsas məsələ Azərbaycanın müxtariyyəti məsələsi idi. Azərbaycanın milli demokratik qüvvələri tərəfinən “Azərbaycanın muxtariyyəti” məsələsinin gündəmə gətirilməsi ilk gündən İranda böyük əks-səda doğurdu. İranın Cənubi Qafqazda fəaliyyət göstərən diplomatlarının yazışmalarında, eləcə də bu ölkənin müxtəlif mətbu orqanlarında Azərəbaycan müxtariyyəti ideyası kəskin tənqid olunurdu. Məqalədə bununla bağlı bir çox materiallar öz əksini tapmışdır.
Index
- People
- Sevinc Məmmədova
- Units and institutions
- Müsavat PartisiAzerbaycan Halk Cumhuriyeti
The source's keywords
Iran · Iranian press · Turkish Society and Community · Türk Halkları ve Toplulukları · inqilab · political situation · revolution · siyasi vəziyyət · the Northern Azerbaijan · İran · İran mətbuatı · Şimali Azərbaycan
