Bakı Hümmət Təşkilatı 1917–1918-ci illərdə: Sosialist Amallar və Siyasi Reallıqlar
Aygun Azimova · Akademik Tarih ve Düşünce Dergisi, 2025
Kolleksiya xülasəsi
Bakı Hümmət Təşkilatının 1917–1918-ci illərdəki fəaliyyətini sosialist amallarla siyasi reallıqlar arasındakı gərginlik üzərindən araşdıran akademik məqalə.
Aygün Əzimovanın Akademik Tarih ve Düşünce Dergisində (2025) çap olunmuş bu məqaləsi müsəlman sosial-demokratların yaratdığı Bakı Hümmət Təşkilatının 1917–1918-ci illərdəki fəaliyyətini memuar, dövr mətbuatı və arxiv sənədlərinin yeni interpretasiyası əsasında təhlil edir. Müəllif təşkilata münasibətin sovet dövründəki yüksək qiymətdən 1980-ci illərin sonundan etibarən kəskin tənqidə keçidini izləyir və daxili fikir ayrılıqlarının 1917-ci ilin oktyabrında başlayıb Mart 1918 hadisələrindən sonra dərinləşdiyini göstərir. Kolleksiya üçün dəyəri Qafqaz İslam Ordusunun Bakıya doğru irəlilədiyi dövrdə şəhərdəki müsəlman siyasi qüvvələrini işıqlandırmasıdır.
Mənbənin öz xülasəsi
Bu məqalədə Bakı Hümmət təşkilatının 1917–1918-ci illərdəki fəaliyyəti tarixi və siyasi kontekstdə kompleks şəkildə təhlil olunur. Müsəlman sosial-demokratları tərəfindən yaradılmış bu təşkilatın fəaliyyətinə tarixşünaslıqda münasibət müxtəlif dövrlərdə fərqli olmuşdur. Sovet dövründə Hümmətin fəaliyyəti sovet hakimiyyətinin qurulması prosesində mühüm siyasi amil kimi qiymətləndirilmiş və ideoloji baxımdan yüksək qiymətləndirilmişdir. Lakin XX əsrin 80-ci illərinin sonlarından etibarən sovet ideoloji sisteminin dağılması bu mövzuya yanaşmalarda da ciddi dönüş yaratmış, Hümmət təşkilatının fəaliyyəti kəskin tənqid obyektinə çevrilmişdir. Məqalədə memuaristik materiallar, dövr mətbuatı və arxiv sənədlərinin yeni interpretasiyası əsasında Hümmətin fəaliyyətini şərtləndirən sosial, siyasi və milli amillər araşdırılır. Tədqiqat nəticəsində təşkilat daxilində fikir ayrılıqlarının hələ 1917-ci ilin oktyabrında özünü göstərməyə başladığı və bu ayrılıqların Mart 1918 hadisələrindən sonra daha da dərinləşdiyi müəyyən edilir. Eyni zamanda, bolşeviklərin siyasətinin Hümmət üzvləri üzərində yaratdığı təsir, onların ideoloji amalları ilə siyasi reallıqlar arasında yaşadıqları ziddiyyətlər və təşkilatın bu fon üzərində formalaşan fəaliyyət istiqamətləri təhlil edilir.
İndeks
- Yerlər
- Bakü
- Hərbi hissələr və qurumlar
- Hümmet TeşkilatıBakü SovyetiMüsavat Partisi
- Hadisələr
- Mart 1918 olayları
Mənbənin açar sözləri
Bakı Soveti · Hümmət Təşkilatı · Mirməmməd İsrafilbəyov · Müsavat Partiyası · Müsəlman Sosialistlər · Nəriman Nərimanov · Turkish Society and Community · Türk Halkları ve Toplulukları
