TADİV
MəqaləAçıq girişsiyasi tarixsosial tarixtarixşünaslıqmətbuat

Azərbaycan Siyasi Təşkilatları və Bakıda İnqilabi-Demokratik Hakimiyyət (Mart 1917- Mart 1918)

Aygün əzimova · Akademik Tarih ve Düşünce Dergisi, 2021

Kolleksiya xülasəsi

Mart 1917-Mart 1918-ci illərdə Bakı Soveti timsalında Azərbaycan siyasi təşkilatlarının inqilabi-demokratik hakimiyyətlə münasibətini araşdıran elmi məqalə.

Aygün Əzimovanın Akademik Tarih ve Düşünce Dergisində (2021) dərc olunmuş məqaləsi Fevral inqilabından sonra Bakıda yaranan Fəhlə və Əsgər Deputatları Sovetinə Azərbaycan siyasi təşkilatlarının (Müsavat, Hümmət və s.) münasibətini və onların bu orqanda təmsilçiliyini araşdırır. Müəllif dövrün mətbuatı, xatirələr və arxiv sənədləri əsasında azərbaycanlıların əhalinin əksəriyyətini təşkil etməsinə baxmayaraq Sovetdə kifayət qədər təmsil olunmadığını, Müsavatın Sovetə keçməsinə maneə yaradıldığını göstərir və Bakı Sovetinin fəaliyyətini "anti-Azərbaycan" kimi səciyyələndirir. Kolleksiya baxımından Mart 1918 hadisələrinin və 1918-ci ildə Qafqaz İslam Ordusunun qarşılaşacağı Bakıdakı siyasi mənzərənin fonunu verir.

Mənbənin öz xülasəsi

Məqalədə Azərbaycan siyasi təşkilatlarının Fevral burjua-demokratik inqilabından sonra Вakıda yaranan Fəhlə və Əsgər Deputatları Soveti (Bakı Soveti) timsalında inqilabi-demokratik hakimiyyətə münasibəti və onun işində iştirakı təhlil edilmişdir. Bakı Sovetinin fəaliyyətinin anti-Azərbaycan mahiyyətindən dolayı müxtəlif təmayüllü – milli-demokratik və sosialist siyasi qüvvələrinin bu orqanın işində iştirakı da maraq kəsb edir. Araşdırma zamaı dövr tarixinin öyrənilməsində mühüm mənbə olan mətbuatda yer alan xəbərlər, analitik məqalələr, oçerklər, hadisə iştirakçılarının xatirələri və arxiv materialları əsasında Bakıdakı siyasi qüvvələrin fəaliyyətini hərtərəfli təhlil etmək mümkün olmuşdur. Azərbaycanlılar Bakı əhalisinin və fəhlələrinin əksəriyyətini təşkil etsələr də, Bakı Sovetində yetərincə təmsil olunmamışdılar. Bu isə ilk növbədə müsəlmanları siyasi və sinfi düşüncə cəhətdən yetkin hesab etməyən qeyri-azərbaycanlı inqilabçı demokratlar və ya sosialistlərin münasibətindən irəli gəlirdi. Sovetin əksəriyyətini təşkil edən bu qüvvələr müsəlman fəhlələrin dəstək verdiyi Müsavat partiyasının Sovetə keçməsi qarşısında maneə yaradırdılar. Mart hadisələrinə qədər müsəlman fəhlələr arasında demokratik təşkilatlarda müsəlmanların proporsionallıq əsasında təmsil olunması tələbləri aktual olaraq qalmışdı. Hümmətçilər və müsəlman eserlərin Sovetə keçirdikləri bir neçə nümayəndə bu tələbi təmin etmirdi. Araşdırılan məsələ həmçinin Bakıda siyasi qüvvvələrin mübarizəsinə milli amillərin həlledici təsirindən danışmağa imkan verir.

İndeks

Şəxslər
Aygün Əzimova
Yerlər
Bakü

Mənbənin açar sözləri

Bakı Soveti · Hümmət təşkilatı · Müsavat partiyası · bolşeviklər · müsəlman fəhlələr