Azərbaycan Xalq Cümhuriyyəti portalı: Diplomatik əlaqələr
Prezident Kitabxanası (axc.preslib.az)
Kolleksiya xülasəsi
Prezident Kitabxanasının AXC portalında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, xarici işlər nazirləri və diplomatik nümayəndəlikləri barədə bölmə.
Prezident Kitabxanasının hazırladığı Azərbaycan Xalq Cümhuriyyəti portalının "Diplomatik əlaqələr" səhifəsidir. Səhifədə AXC dövründə xarici siyasətin Xarici İşlər Nazirliyi, səfirliklər, nümayəndəliklər və konsulluqlar vasitəsilə həyata keçirildiyi bildirilir; Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədyusif Cəfərovun vəzifə tarixləri sadalanır. Portalın "Bakının qurtuluşu" bölməsi və 28 may 1918-dən sonrakı dövlət quruculuğu çərçivəsi kolleksiyanın 1918-ci il Azərbaycan mövzusu ilə bağlıdır.
Mənbənin öz xülasəsi
Azərbaycan Xalq Cümhuriyyəti AZ | EN | RU Yaranması və fəaliyyəti Ümumi məlumat Milli Şura Parlament Hökumət Bakının qurtuluşu Ərazi Əhali İqtisadiyyat Təhsil Mədəniyyət Mətbuat Diplomatik əlaqələr AXC qurucuları Xronologiya Rəmzlər və atributlar Bayraq Gerb Himn Orden və medallar Pul Dil Ordu Sənədlər İstiqlal bəyannaməsi Parlamentin yaradılması AXC-nin süqutu Sərəncamlar və qərarlar Nitqlər, müraciətlər E-Kitablar E-Məqalələr Biblioqrafiya Kitablar Məqalələr Avtoreferatlar Xəritələr Fotoarxiv Diplomatik əlaqələr Diplomatik nümayəndəliklər Azərbaycan Xalq Çümhuriyyəti dövründə xarici siyasət və diplomatik əlaqələr Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, konsulluqları, habelə, xarıci dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilmişdir. AXC dövründə xarici işlər nazirləri: Məmmədhəsən Hacınski 28 may ‐ 6 oktyabr 1918 Əlimərdan bəy Topçubaşov 6 oktyabr ‐ 26 dekabr 1918 Fətəli xan Xoyski 26 dekabr 1918 ‐ 14 aprel 1919, 22 dekabr 1919 ‐ 27 aprel 1920 Məmmədyusif Cəfərov 14 aprel ‐ 22 dekabr 1919 Azərbaycanın xaricdəki səfirlikləri, nümayəndəlikləri və konsulluqları Paris sülh konfransında nümayəndə heyətinin rəhbəri - Əlimərdan bəy Topçubaşov Ermənistanda diplomatik nümayəndə: Məhəmməd bəy Təkinski Əbdürrəhim bəy Haqverdiyev Teymur bəy Makinski Gürcüstanda diplomatik nümayəndə: Məmmədyusif Cəfərov Faris bəy Vəkilov Dağlı Xalqları Respublikasında diplomatik nümayəndə - Əbdürrəhim bəy Haqverdiyev Türkiyədə diplomatik nümayəndə - Əlimərdan bəy Topçubaşov Yusif bəy Vəzirov (Çəmənzəminli) İranda səfir - Adil xan Ziyadxanov Ənzəlidə vitse-konsul - Məhəmməd bəy Xəlilov 1920-ci il aprelin 1-də Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradılmışdır. Türküstanda (Zakaspidə) nümayəndə - Əkbər ağa Sadıqov Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndə və ticarət agenti - Cəfər bəy Rustəmbəyov Batumda baş konsul - Mahmud bəy Əfəndiyev Ukraynada diplomatik nümayəndə - Yusif bəy Vəzirov (Çəmənzəminli), konsul - Camal Sadıqov Krımda konsul agenti - Şeyx Əli Hüseynov 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Türkiyə, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda bir sıra dövlətlərin nümayəndəlikləri fəaliyyət göstərmişdir: Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Ölkə Nümayəndənin adı Ünvan 1. Böyük Britaniya Vitse-konsul Gevelke Kladbişenskaya küçəsi, 11, Rus-Asiya bankının dəftərxanası 2. Ermənistan Diplomatik nümayəndə G.A. Bekzadyan Telefonnaya, 5 3. Belçika Konsul Ayvazov Gorchakovskaya küçəsi, 19 4. Yunanıstan Konsul Kusis Gogolevskaya və Molokanskaya küçələrinin tini 5. Gürcüstan Diplomatik nümayəndə N.S. Alışbey Politseyskaya küçəsi, 20
İndeks
- Yerlər
- BaküParisAzerbaycan
- Hərbi hissələr və qurumlar
- Azerbaycan Halk CumhuriyetiXarici İşlər Nazirliyi (AXC)Milli ŞuraPrezident Kitabxanası
