TADİV
MəqaləAçıq girişsiyasi tarixbioqrafiyatarixşünaslıq

The activity of Muhammad Amin Rasulzadeh in overcoming the crisis of June 1918

J.v. Baghirzade · Xəbərlər məcmuəsi., 2025

Kolleksiya xülasəsi

1918-ci ilin iyununda Gəncədə yaranmış siyasi böhranın aradan qaldırılmasında Məhəmməd Əmin Rəsulzadənin rolunu araşdıran məqalə.

C.V. Bağırzadənin məqaləsi 1918-ci il iyunun 16-17-də Gəncədə yaranmış və yenicə elan edilmiş Azərbaycan istiqlalını təhlükə altına alan siyasi böhranı təhlil edir. Müəllif Milli Şuranın 1918-ci il iyunun 17-də keçirilən 7-ci iclasında özünü buraxması qərarını Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi, Nəsib bəy Yusifbəyli və Fətəli xan Xoyskinin mövqeyi kontekstində dəyərləndirir. Qeyd, Qafqaz İslam Ordusunun Gəncədə yerləşdiyi dövrün daxili siyasi dinamikasını anlamaq baxımından kolleksiya ilə bağlıdır.

Mənbənin öz xülasəsi

1918-ci il iyunun 16-17-də Gəncədə yaranmış İyun böhranı Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin və onlarla birlikdə olanların qətiyyəti, Azərbaycan istiqlalına sədaqəti, siyasi gedişi nəticəsində aradan qalxdı.Doğrudur, Milli Şuranın bəzi üzvləri Milli Şuranın buraxılmasının əleyhinə idilər və bu mövqe böhranlı vəziyyəti daha da ağırlaşdırırdı.Bütün bunlara baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi və qətiyyətli mövqeyi ilə Milli Şuranın 1918-ci il iyunun 17-də keçirilən 7-ci iclasında Milli Şura özünü buraxdı və tarixi əhəmiyyətli qərar qəbul etdi.Bununla da böhranlı vəziyyət aradan qaldırıldı, Azərbaycan istiqlalı qaragüruhçuların fitnə-fəsadından, başqa sözlə daxili düşmənlərdən qorundu.Azərbaycan istiqlalının tarixi sınaq qarşısında qaldığı İyun böhranının aradan qaldırlmasında Azərbaycan Milli Şurasının, xüsusilə də onun sədri Məhəmməd Əmin Rəsulzadənin bilavasitə böyük rolu olmuşdur.Məhz Məhəmməd Əmin Rəsulzadə və onun istiqlal silahadaşlarının siyasi fəaliyyətinin və əzmkarlığının sayəsində bu böhran aradan qaldırlmış, Azərbaycanın yenicə elan edilmiş istiqlalı xilas olunmuşdur.Cümhuriyyət qurucuları olduqca çətin və mürəkkəb bir vəziyyətə malik dövrdə Azərbaycanın istiqlalı uğruda həm daxili, həm də xarici qüvvələrlə mübarizə aparmalı olmuşlar.Azərbaycan istiqlal asan, hamar yol keçməmişdir.Aydın məsələdir ki, İyun böhranı, təsir altına düşmüş Nuru paşanın Azərbaycan Milli Şurasına və hökumətinə olan münasibətindən dolayı yaranmışdır.Nuru paşanın belə bir mövqeyi Osmanlı dövlətinin mövqeyi deyildi.Açar sözlər: Azərbaycan istiqlalı

İndeks

Mənbənin açar sözləri

Government (linguistics) · Islam · Period (music) · Perspective (graphical)