Makhmud Bek Efendiyev: the first consul of Azerbaijan in Batum: his life and political-diplomatic activities
Fakhri Valehoghlu-Hajiyev · Azerbaijan Historiography, 2025
Kolleksiya xülasəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Batumdakı ilk konsulu Dr. Mahmud bəy Əfəndiyevin həyatı və siyasi-diplomatik fəaliyyətini araşdıran məqalə.
Fəxri Valehoğlu-Hacıyevin "Azerbaijan Historiography" jurnalındakı məqaləsi 1918-ci ilin noyabrında Osmanlı nəzarətindəki Batumda təsis edilən və 1919-cu il yanvarın 1-də (bölgə ingilislərin nəzarətinə keçdikdən sonra) rəsmən fəaliyyətə başlayan AXC konsulluğundan bəhs edir. Qazax qəzasının Dağ Kəsəmən kəndindən olan, Batumun baş karantin həkimi Dr. Mahmud bəy Əfəndiyevin (Mahmud Şəfqət Atalkın) həyatı və diplomatik fəaliyyəti ilkin mənbələr əsasında tədqiq olunur; 1919-cu il mayın 30-da konsulluq baş konsulluğa çevrilmişdir. Kolleksiya üçün dəyəri 1918-ci ildən sonrakı Azərbaycan-Osmanlı əlaqələri və Batumun strateji-ticari rolunu işıqlandırmasıdır.
Mənbənin öz xülasəsi
Xülasə: 1918-ci ilin noyabr ayında Qara dəniz hövzəsində yerləşən və həmin dövrdə Osmanlının nəzarətində olan Batum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) diplomatik təmsilçiliyi -konsulluğu təsis edilmişdir.Bu zərurət Batumun yerləşdiyi Acarıstan bölgəsinin Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyətindən, Azərbaycanın Osmanlı və Qərb ölkələri ilə iqtisadi-ticarət əlaqələrini, əsasən, bu şəhərdəki liman vasitəsilə həyata keçirməsi reallığından qaynaqlanırdı.Azərbaycanın Batumda konsulu vəzifəsinə əslən Qazax qəzasının Dağ Kəsəmən kəndindən olan Batumun baş karantin həkimi doktor Mahmud bəy Əfəndiyev təyin edilmişdi.Konsulluq 1919-cu ilin yanvar ayının 1-də -Batum bölgəsi artıq ingilislərin nəzarətinə keçəndən sonra rəsmi başlamışdır.1919-cu il may ayının 30-da AXC-nin Batumdakı konsulluğunun statusu yüksəldilərək baş konsulluğa çevrilmiş, konsul dr.Mahmud bəy Əfəndiyev isə müvafiq olaraq baş konsul vəzifəsinə təyin olunmuşdur.Məqalədə əsasən ilkin mənbələrə istinadən Dr. Mahmud bəy Əfəndiyevin (Mahmud Şəfqət Atalkın) həyatı və siyasi-diplomatik fəaliyyəti tədqiq olunur.
İndeks
- Hərbi hissələr və qurumlar
- Azerbaycan Halk CumhuriyetiOsmanlı Devleti
Mənbənin açar sözləri
Context (archaeology) · Government (linguistics) · Work (physics)
