Nağı Ġeyxzamanlının Xatġrələrġ “Azərbaycan Davası”nın Gerçəklərġ Kontekstġndə
Elmi Xəbərlər Lənkəran Dövlət Universiteti, 2023
Koleksiyon özeti
Nağı Şeyhzamanlı'nın hatıraları 'Azerbaycan davası'nın gerçekleri bağlamında.
Lenkeran Devlet Üniversitesi'nin dergisinde yayımlanan makale, Azerbaycan Halk Cumhuriyeti'nin kurucularından ve karşı-devrimle mücadele teşkilatının başkanı Nağı Şeyhzamanlı'nın (Keykurun, 1883 Gence-1967 İstanbul) 'Biz ve onlar', 'Azerbaycan İstiklal Mücadelesinin Hatıraları' gibi eserlerini inceler. Şeyhzamanlı'nın 1918'de İstanbul'a giderek Osmanlı'dan yardım isteyen heyette yer alması ve Gence isyanı ile Kafkas İslam Ordusu'na dair tanıklıkları, muhaceret hafızasının belge niteliğindeki örnekleri olarak değerlendirilir.
Kaynağın kendi özeti
Xülasə.Azərbaycan mühacirləri arasında Xalq Cümhuriyyətinin qurucularından biri, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri Nağı Saleh oğlu Şeyxzamanlı (Nağı Keykurun-1883, Gəncə -1967, İstanbul) mürəkkəb həyat yolu, ziddiyyətli baxışları ilə diqqəti çəkir.N. Şeyxzamanlının həyatının, fəaliyyətinin, xatirələrinin təhlili, düzgün dəyərləndirilməsi aktual və əhəmiyyətlidir.Məqalədə müəllifin "Biz və onlar" (1934), "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə" (1957), "Dərdləşmə" (1963), "Azerbaycan İstiklal Mücadilesinin Hatıraları" (1964) kimi əsərləri həm ideya-məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərindən araşdırılır, müvafiq elminəzəri qənaətlər hasil olunur.N. Şeyxzamanlının xatirələri "Azərbaycan davası"nın müəyyən dövrünün bədii-sənədli inikasıdır, mühacirət irsinin istiqlal uğrunda mübarizə tarixinin və mücahidlərin həyat, fəaliyyətinə işıq salan, mənfur, nankor qonşularımızın -ermənilərin vəhşiliyini, cinayətlərini ifşa edən diqqətəlayiq nümunələrindəndir.Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Nağı Şeyxzamanlının xatirələri, istiqlal hərəkatı, "Difai" firqəsi, Qafqaz İslam Ordusu, Gəncə üsyanı GiriĢ Azərbaycan mühacirləri arasında Xalq Cümhuriyyətinin qurucularından biri, indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi Əksinqilab ilə Mübarizə Təşkilatının (ƏMT) rəhbəri Nağı Saleh oğlu Şeyxzamanlı (1883, Yelizavetpol, Gəncə -1967, İstanbul) mürəkkəb həyat yolu, yaradıcılığındakı maraqlı, bəzən də ziddiyyətli baxışları ilə diqqəti çəkir.N.Şeyxzamanlının həyat və fəaliyyətinin, publisistik irsinin araşdırılması və düzgün dəyərləndirilməsi də yuxarıda sadalanan məsələlərin obyektiv işıqlandırılmasını şərtləndirən amillərdəndir.Mövzunun aktuallığı, iĢlənilmə tarixi Siyasi, ideoloji xətti sovet rejimi və bolşevizmə daban-dabana zidd olan Azərbaycan Xalq Cümhuriyyətinin digər xadimləri kimi, N.Şeyxzamanlının adının da uzun illər boyu tarixdən silinməsinə çalışılmış, onun həyatı, publisistik irsi diqqətdən kənar saxlanılmışdır.Araşdırmalar zamanı N.Şeyxzamanlının adına sovet dövrünün yazılı mənbələrində yalnız bir yerdə -Mir Cəfər Bağırovun məhkəməsi protokolunda rast gəldik.Məhkəmə zamanı Azərbaycan KP MK-nın birinci katibinə ünvanlanan ittihamlardan biri belə idi: "Bağırov Azərbaycan FK-da işə düzələndən sonra, 1921-ci ilin 24 fevralında müsavat əksinqilabının digər agenti Məmməd Hacıyev barədə cinayət işinə də xitam verildi və o, həbsdən azad edildi.
Dizin
- Kişiler
- Nağı Şeyhzamanlı (Keykurun)
- Birlikler ve kurumlar
- Kafkas İslam OrdusuDifai
Kaynağın anahtar kelimeleri
Humanities · Philosophy · Theology
