Bakının azad edilməsi mövzusu “Azərbaycan” qəzetinin səhifələrində
Gülnarə əliyeva · Akademik Tarih ve Düşünce Dergisi, 2023
Kolleksiya xülasəsi
Bakının azad edilməsi mövzusu 'Azərbaycan' qəzetinin səhifələrində.
Gülnarə Əliyevanın məqaləsi Batum müqaviləsinə əsasən göndərilən Osmanlı qüvvələri və milli hissələr bazasında yaradılan Qafqaz İslam Ordusunun Bakını 15 sentyabr 1918-də azad etməsini hökumətin rəsmi orqanları 'Azərbaycan' və 'Azerbaidjan' qəzetlərindəki materiallar üzərindən araşdırır. kio-d9b94da38770 ilə eyni məqalədir.
Mənbənin öz xülasəsi
1918-ci il may aynın 28-də dövlət müstəqilliyi elan edildikdən dərhal sonra Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında dostluq müqaviləsi imzalandı. 1918-ci il iyun ayının 4-də Batumda imzalanmış həmin müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuşdu ki, zərurət yarandığı halda Azərbaycan Xalq Cümhuriyyətinə hərbi kömək göstəriləcəkdir. Cümhuriyət hökuməti yaranmış mürəkkəb hərbi-siyasi şəraitdə bu imkandan yararlanaraq hərbi kömək göstərilməsi üçün Osmanlı dövlətinə rəsmi şəkildə müraciət etdi. Həmin müraciətə əsasən Azərbaycana məhdud sayda Osmanlı hərbi qüvvələri göndərildi. Bu qüvvələrlə Azərbaycanın mövcud milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Qafqaz İslam Ordusunun Azərbaycann ərazi bütövlüyü uğrunda apardığı mübarizənin zirvəsini 1918-ci il sentyabr aynın 15-də Bakı şəhərinin erməni-bolşevik və yad qüvvələrdən azad edilməsi təşkil edirdi. Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi tarixinin öyrənilməsi üçün Azərbaycan hökumətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” və “Azerbaidjan” qəzetlərinin səhifələrində də maraqlı məlumatlar mövcuddur. Hazırkı məqalə də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ilə bağlı “Azərbaycan” və “Azerbaidjan” səhifələrində getmiş məlumatların təhlilinə həsr edilmişdir.
İndeks
- Hərbi hissələr və qurumlar
- Kafkas İslam Ordusu
Mənbənin açar sözləri
Azərbaycanın müstəqilliyi · Bakı şəhərinin azad edilməsi · Caucasian Islamic Army · Cümhuriyyət mətbuatı · Qafqaz İslam Ordusu · Turkish Society and Community · Türk Halkları ve Toplulukları · independence of Azerbaijan · liberation of Baku city · milli hərbi qüvvələr · national military forces · press of the Republic
