The assistance to Azerbaijan of the Caucasian Islamic army under the command of Nuru Pasha
Safar Aliyev · Həbərlər., 2025
Koleksiyon özeti
Nuru Paşa komutasındaki Kafkas İslam Ordusu'nun Azerbaycan'a yardımı ve Millî Ordu'nun kuruluşu.
AMEA Nahçıvan Bölümü'nün yayınında çıkan makale, Çarlık yönetiminin çöküşünden sonra silah ve eğitimli asker bakımından neredeyse yoksun olan Azerbaycan'ın Bolşevik ve Taşnak saldırıları karşısında Millî Ordu kurma girişimini ve 4 Haziran 1918 Batum Antlaşması'nın 4. maddesine dayanarak Osmanlı'dan yardım istemesini anlatıyor. Kafkas İslam Ordusu'nun 1918 yazında bölgeye gelişi, Azerbaycan kuvvetleriyle birleşerek Bakü'ye ilerleyişi ve 15 Eylül 1918'de şehri kurtarması, Azerbaycan'ın bağımsızlık mücadelesinin dönüm noktası olarak değerlendiriliyor.
Kaynağın kendi özeti
Çar hökumәti süqut etdikdәn sonra, Qafqazda yeni müstәqillik әldә etmiş ölkәlәrdәn fәrqli olaraq Azәrbaycanda demәk olar ki, silah-sursat vә tәlim keçmiş әsgәr yox dәrәcәsindә idi.Azәrbaycan Rus bolşeviklәri, ermәni daşnakları vә digәr qüvvәlәrin tәcavüzlәrinә qarşı mübarizә aparmalı idi.Bu zaman Azәrbaycan liderlәri, Azәrbaycan Milli Ordusunun yaranması tәşәbbüsünü hәyata keçirdilәr.1918-ci il iyunun 4-dә Batumidә Osmanlı İmperiyası ilә imzalanan müqavilәnin 4-cü maddәsinә әsasәn Azәrbaycana hәrbi yardım göndәrilmәsi üçün Osmanlı İmperiyasından yardım istәnildi.Bu sәbәbdәn Qafqaz İslam Ordusu 1918-ci ildә Bakını işğaldan qurtarmaq üçün hәrәkәtә keçdi.Osmanlı İmperiyasının dәstәyi ilә qurulan bu ordu Azәrbaycanın müstәqillik mübarizәsinә töhfә vermәyi qarşısına mәqsәd qoymuşdu.1918-ci ilin yayında Bakını yadelli düşmәnlәrdәn qurtarmaq üçün Qafqaz İslam Ordusu bölgәyә gәldi.Qafqaz İslam Ordusu buradakı Azәrbaycan qüvvәlәri ilә birlәşdikdәn sonra Bakıya doğru irәlilәdi vә hәmin ilin sentyabrında Bakıya yürüş tәşkil etdi.Nәhayәt, 1918-ci il sentyabrın 15-dә Bakı düşmәn işğalından azad edildi.Bu hadisә Azәrbaycanın müstәqillik mübarizәsindә mühüm dönüş nöqtәsi oldu.Bakının azad edilmәsi ilә Qafqaz İslam Ordusu Azәrbaycanın siyasi gәlәcәyindә mühüm rol oynadı.Açar sözlәr: Milli Ordunun yaradılması, Batum müqavilәsi, Qafqaz İslam Ordusu, Nuru Paşa, Bakı.Giriş.28 may 1918-ci ildә AXC-nin qurulmasından sonra, ölkә müxtәlif xarici tәhlükәlәrlә üzlәşdi, xüsusilә, rus bolşeviklәri, ermәni daşnakları vә digәr qüvvәlәrin tәcavüzlәrinә qarşı mübarizә aparmalı oldu.Bu zaman Cümhuriyyәtin liderlәri ordu quruculuğuna ciddi yanaşdılar.İlk olaraq, Azәrbaycanın müxtәlif bölgәlәrindәn könüllülәr cәlb edildi.Görkәmli şәxslәr tәrәfindәn Azәrbaycan Milli Ordusunun yaradılması ideyası ortaya qoyuldu.Qısa zamanda Milli Ordunun yaradılmasına qәrar verildi [13, s. 11].Daha sonra 4 iyun 1918-ci ildә Osmanlı imperiyası ilә bağlanan müqavilәyә görә Mәhәmmәd Әmin Rәsulzadә vә digәr siyasәtçilәr osmanlılardan silah yardımı aldılar [3, s. 107].Milli Ordunun yaradılması ermәni vә daşnak qüvvәlәrinin, xüsusәn dә S.Şaumyanın narahatlığına sәbәb oldu [8, s. 220].Azәrbaycan Osmanlı münasibәtlәri.Azәrbaycanın müstәqilliyini elan edәndәn sonra 1918ci il iyunun 4-dә Batumidә M.Ә.Rәsulzadә H.Hacinski (xarici işlәr naziri) ilә birlikdә "Osmanlı Dövlәti Hökumәti"nin iclasında müstәqil Azәrbaycan Respublikası adından Türkiyә nümayәndә heyәti ilә görüşdü.1918-ci il iyunun 4-dә Qafqaz Cәbhәsinin Baş Komandanı Vahib Paşa, Türkiyә dövlәti adından әdliyyә naziri Xәlil Mentәşә "Türkiyә Respublikası ilә Azәrbaycan Respublikası arasında dostluq müqavilәsi" imzaladılar.Azәrbaycan Xalq Cümhuriyyәtinin xarici dövlәtlәrlә imzaladığı bu sәnәddә Osmanlı İmperiyası vә Azәrbaycan hökumәtinin siyasi, hüquqi vә iqtisadi әsaslarla dostluq әlaqәlәrinin qurulmasına qarşılıqlı razılıq verdiyi bildirilirdi.İmzalanan sәnәdin birinci maddәsi belә idi: "Osmanlı dövlәtilә Azәrbaycan Xalq Cümhuriyyәti arasında hәmişә sülh vә möhkәm dostluq olacaqdır" [14, s. 11].Azәrbaycan Nümayәndә heyәti Osmanlı İmperiyası ilә 4 iyun 1918-ci ildә imzalanan müqavilәnin 4-cü maddәsinә әsaslanaraq, Osmanlı İmperiyasına mәktub göndәrәrәk Azәrbaycana hәrbi yardım istәdilәr [3, s. 107].Hәmin dövrdә Gәncәdә yaradılmış Mәclis Komitәsinin sәdri Nәsib bәy Yusifbәyli dә İstanbula bir heyәt göndәrmişdi [1, s. 64-67].Eyni zamanda Azәrbaycandan gәlәn milli qüvvәlәr yardım almaq üçün Osmanlı İmperiyası ilә әlaqә saxlamışlar.Bu işin reallaşmasında Hüsamәddin Tuğaçın (rus әsarәtindәn qaçaraq Gәncәyә gәlәn Osmanlı әsgәri) böyük rolu olmuşdur [14, s. 5-7].V.Keykurinin yazdığına görә hәlә Azәrbaycan nümayәndәlәrindәn Nağıbәy Şeyxzamanlı, Ömәr Faiq Nemanzadә vә b. 1918-ci ilin başlarında Azәrbaycana yardım göndәrilmәsi üçün Osmanlıya müraciәt etdiklәrini bildirir [7, s. 49-55].Daha sonra Cәlal Haşımzadә vә Ahılkәlәkli İbra-
Dizin
- Birlikler ve kurumlar
- Kafkas İslam OrdusuAzerbaycan Millî Ordusu
Kaynağın anahtar kelimeleri
Government (linguistics) · Hajj · Islam · Pasha · Work (physics)
