TADİV
ArticleOpen accessbiographysocial history

Yusif Ziya Talıbzadənin Kulturoloji Görüşləri

The World of Culture, 2025

Collection summary

The cultural thought of Akhund Yusif Ziya Talıbzadə and his command in the Caucasus Islamic Army.

The article in 'The World of Culture' examines the cultural legacy of Akhund Yusif Ziya Talıbzadə (elder brother of Abdulla Şaiq), theologian, translator and soldier whose name was banned in the Soviet period, analysing his writings in period newspapers such as 'Həyat', 'Füyuzat', 'İrşad' and 'Azərbaycan'. It recalls his military successes in Turkey and his command in the Caucasus Islamic Army, even calling him 'the first commander of our victorious army'; this claim should be checked against other sources.

The source's own abstract

YUSİF ZİYA TALIBZADƏNİN KULTUROLOJİ GÖRÜŞLƏRİ Xülasə: Məqalədə Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan, dinşünas alim, tərcüməçi, bir çox kitabların, elmi məqalələrin müəllifi, hərbçi, nəhayət sovet hakimiyyəti illərində adının çəkilməsi qadağan olunan Axund Yusif Talıbzadənin (bundan sonra Yusif Ziya M.Ə.) yaradıcılığından bəhs edilir.Müstəqilliyimizin bərpasından sonra tariximizin, mədəniyyətimizin olduğu kimi öyrənilməsinə ehtiyac var və qalib ordumuzun ilk komandanı olmuş [1; 11] Yusif Ziyanın kulturoloji irsinin öyrənilməsi məqalənin əsas məqsədlərindəndir.Burada ədibin maarifçilik fəaliyyəti, ədəbi yaradıcılığı, eləcə də Türkiyədə hərbçi kimi uğurları və Qafqaz İslam Ordusunun komandiri kimi təkrarsız bacarıqlarından bəhs edilir.Sovet dönəmində adının düşmən qismində çəkilməsinin səbəbləri açıqlanır, müqayisəli təhlillər edilir.Yusif Ziyanın "Həyat", "Füyuzat", "Yeni Füyuzat", "İrşad", "Azərbaycan" və s kimi dövrün məşhur mətbuat orqanlarında nəşr edilən əsərləri və kitabları təhlil edilir.Belə nəticəyə gəlinir ki, Yusif Ziya kimi şəxsiyyətlərin həyatı və çoxistiqamətli yaradıcılığı, ictimai-siyasi fəaliyyəti öyrəilmədən Azərbaycan mədəniyyət tarixinin və kulturoloji irsinin olduğu kimi, zəngin və dünyəvi olmasını sübut etmək mümkün olmaz [2].Açar sözlər: Yusif Ziya, türkçülük, islamçılıq, kulturoloji görüşlər Giriş.Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət siyasətinin bünövrəsində tariximizin, mədəniyyətimizin təhrif olunmadan öyrənilməsi, qaranlıq qalan həqiqətlərin üzə çıxarılması və təbliğ olunması dayanır.Bu mənada müstəqilliyimizin bərpasından sonra hörmətli prezidentin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" ölkəmizdə elm sahəsində icra edilən islahatların həyata keçməsini ehtiva edir.Eyni zamanda bu sənədin icrası respublikada elmi təşkilatların strukturunun müəyyən olunması, kulturoloji irslə əlaqədar tədqiqatların yeni, dünyəvi tələblər səviyyəsində aparılmasını təmin edir.Müasir dövrdə milli mədəniyyətinin öyrənilməsi, inkişafı və təbliği sahəsindəki müvəffəqiyyətlər və respublikanın bəşər mədəniyyətinə inteqrasiyası da bunu sübut edir.Bu mənada kulturoloji fikir tariximizdə ən vacib dövrlərdən biri XX əsrin əvvəlləridir.

Index

Units and institutions
Kafkas İslam Ordusu

The source's keywords

Medicine