Azərbaycan Xalq Cümhuriyyəti portalı: Bakının qurtuluşu
Prezident Kitabxanası (axc.preslib.az)
Collection summary
The 'Liberation of Baku' page of the Presidential Library's ADR portal: the official narrative of the campaign from Ganja to Baku.
This page on the axc.preslib.az portal of the Presidential Library of Azerbaijan explains that when the Azerbaijan Democratic Republic was proclaimed on 28 May 1918, Baku was held by the Bolshevik-Armenian forces of the Baku Council of People's Commissars under Stepan Shaumian, so the national government sat temporarily in Ganja and, with only about 600 men against the Baku Soviet's 18,000, could not act alone. It summarises the appeal of Azerbaijani representatives to the Ottomans in Istanbul and the liberation of Baku by the Caucasus Islamic Army. Available in Azerbaijani, English and Russian, it represents the official institutional narrative.
The source's own abstract
Azərbaycan Xalq Cümhuriyyəti AZ | EN | RU Yaranması və fəaliyyəti Ümumi məlumat Milli Şura Parlament Hökumət Bakının qurtuluşu Ərazi Əhali İqtisadiyyat Təhsil Mədəniyyət Mətbuat Diplomatik əlaqələr AXC qurucuları Xronologiya Rəmzlər və atributlar Bayraq Gerb Himn Orden və medallar Pul Dil Ordu Sənədlər İstiqlal bəyannaməsi Parlamentin yaradılması AXC-nin süqutu Sərəncamlar və qərarlar Nitqlər, müraciətlər E-Kitablar E-Məqalələr Biblioqrafiya Kitablar Məqalələr Avtoreferatlar Xəritələr Fotoarxiv Bakının qurtuluşu 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan, Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən köməklik istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi. 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı. Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara və soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı. Qurtuluş paradı. 16 sentyabr 1918 Həmin vaxt bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu. Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə
Index
- Units and institutions
- Azerbaycan Halk Cumhuriyeti HükûmetiBakü Halk Komiserleri SovyetiKafkas İslam Ordusu
