TADİV
MəqaləAçıq girişhərbi əməliyyatsiyasi tarixdiplomatiyatarixşünaslıq

Study of the Tactics of Military Actions Conducted to Protect the Territorial Integrity of the Azerbaijan People’s Republic in 1918-1920

Samir Abdullayev · Social Sciences, 2024

Kolleksiya xülasəsi

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü qorumaq üçün aparılan hərbi əməliyyatların taktikasını araşdıran elmi məqalə.

Samir Abdullayevin 2024-cü il tarixli bu məqaləsi 28 May 1918-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə ərazi bütövlüyünü qorumaq üçün tətbiq etdiyi hərbi taktikaları və qərarvermə proseslərini araşdırır. Müəllif gənc dövlətin Sovet Rusiyası, Osmanlı İmperiyası və erməni qüvvələrinin təzyiqi altında daxili sabitlik və xarici təhdidlərlə mübarizəsini, Bakı qiyamı və Ermənistanın ərazi iddiaları nümunələri üzərindən müzakirə edir. Kolleksiya baxımından məqalə Qafqaz İslam Ordusunun 1918-ci il əməliyyatlarının yer aldığı daha geniş hərbi-siyasi çərçivəni anlamağa kömək edir.

Mənbənin öz xülasəsi

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, hərbi taktika, Bakı qiyamı, müstəqillik mübarizəsi, qərarvermə prosesləri, xarici müdaxilə Giriş.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi, Azərbaycanın tarixinə yeni bir səhifə açmış, regionda baş verən siyasi və hərbi dəyişikliklərin mərkəzində yerləşməyə səbəb olmuşdur.Bu dövr, təkcə Azərbaycanın siyasi müstəqilliyinin elan edilməsi ilə deyil, həm də ölkənin ərazi bütövlüyünü qorumaq üçün müxtəlif daxili və xarici təhdidlərlə üzləşməsi ilə xarakterizə olunur.(2) Azərbaycan müstəqil olarkən, eyni zamanda regionda müxtəlif böyük güclərin, o cümlədən Sovet Rusiyasının, Osmanlı İmperiyasının və erməni qüvvələrinin təzyiqləri ilə mübarizə aparmalı olmuşdur.Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışan bu müstəqil dövlət, daxili sabitlik və xarici təhdidlər qarşısında mübarizə apararaq öz mövqeyini möhkəmləndirməyə çalışmışdır.Xüsusilə, dövrün mürəkkəb siyasi vəziyyətində Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək üçün tətbiq edilən hərbi taktika və strateji yanaşmalar mühüm əhəmiyyət kəsb edir.Azərbaycanın qarşılaşdığı əsas təhdidlərdən biri, sərhəd qonşusu olan Ermənistanın ərazi iddiaları və Sovet Rusiyasının Cənubi Qafqazdakı təsirini artırmaq məqsədilə müdaxiləsi idi.Eyni zamanda, Osmanlı İmperiyasının dəstəyi və bölgədəki digər siyasi dəyişikliklər Azərbaycanın hərbi

İndeks

Mənbənin açar sözləri

Law · Political science · Politics · Territorial integrity