Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində Soyqırımı və Etnik Təmizləmə Siyasəti (1918-1920)
Nigar Camalova · Akademik Tarih ve Düşünce Dergisi, 2020
Kolleksiya xülasəsi
1918-1920-ci illərdə Qarabağda Ararat (Ermənistan) Respublikasının siyasətini və Azərbaycan hökumətinin əks-tədbirlərini arxiv mənbələri əsasında araşdıran elmi məqalə.
Nigar Camalovanın "Akademik Tarih ve Düşünce Dergisi"ndə dərc olunan bu məqaləsi 1918-1920-ci illərdə Qarabağ bölgəsindəki hərbi və siyasi hadisələri arxiv sənədləri, Azərbaycan və rus dilli ədəbiyyat əsasında təhlil edir. Müəllif bölgədə baş verənləri "soyqırım və etnik təmizləmə siyasəti" kimi səciyyələndirir, 15 avqust 1919-cu il razılaşmasını Qarabağın Azərbaycana mənsubluğu baxımından dəyərləndirir. Qeyd Qafqaz İslam Ordusunun əməliyyatlarından sonra yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü mübarizəsinə işıq salması baxımından kolleksiya ilə dolayı bağlıdır.
Mənbənin öz xülasəsi
Bu məqalədə Ararat (Ermənistan) Respublikasının 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi soyqırımları, hərbi təcavüzü və regiondakı beynəlxalq vəziyyət ətraflı araşdırılmışdır. Tədqiqat zamanı mənbələr əsasında yeni faktlar aşkarlanmış və mühüm nəticələr əldə edilmişdir.Məqalədə qeyd edilən 15 avqust 1919-cu il razılaşması ilə Qarabağda yaşayan azsaylı ermənilər Azərbaycan hakimiyyətini tanıyır, Qarabağın Azərbaycan torpağı olmasını etiraf edirlər. Razılaşmanın şərtlərindən o da məlum olur ki, ermənilər azərbaycanlıları Qarabağdan getməyə məcbur edərək etnik təmizləmə siyasəti həyata keçiriblər. Tədqiqatın nəticəsində məlum olur ki, Azərbaycan hökuməti 1918-1920-ci illərdə Qarabağı Ermənistan Respublikasının hücumundan, soyqırımı və etnik təmizləməsindən xilas etmək üçün əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Azərbaycan hökumətinin diplomatik manevrləri, düşünülmüş xarici və daxili siyasəti nəticəsində Ermənistan hökuməti 1918-1920-ci illərdə işğalçılıq siyasətini həyata keçirə bilmədi və Qarabağ bölgəsi Azərbaycanın tərkibində qaldı.Məqalənin yazılmasında arxiv sənədləri, sənəd və materiallar toplusu, Azərbaycan və rus dillərində nəşr olunan elmi ədəbiyyatlardan istifadə edilmişdir. Azərbaycanlıların soyqırımını, Dağlıq Qarabağla bağlı haqlı mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından məqalənin elmi və praktik əhəmiyyəti vardır.
İndeks
- Şəxslər
- Nigar Camalova
- Hərbi hissələr və qurumlar
- Azerbaycan Halk CumhuriyetiArarat (Ermenistan) Cumhuriyeti
- Hadisələr
- 15 Ağustos 1919 anlaşması
Mənbənin açar sözləri
Armenian · Azerbaijan · Azərbaycan · Karabakh · Qarabağ · erməni · genocide · soyqırım
