Azərbaycanın istiqlal mübarizəsi tarixində Mirzə Bala Məmmədzadənin ideoloji düşüncələri
Saida Mehraliyeva · Akademik Tarih ve Dusunce Dergisi, 2024
Collection summary
The ideological thought of Mirzə Bala Məmmədzadə in Azerbaijan's independence struggle.
Saida Mehraliyeva's article examines the role and ideas of Mirzə Bala Məmmədzadə, Musavat ideologue and author of hundreds of articles, in the Azerbaijani national movement. The genocide suffered on the eve of independence, the liberation of Baku with the help of Turkish troops, and Soviet Russia's inability to accept Azerbaijani independence and its occupation plans are treated through his writings. The Caucasus Islamic Army is an indirect subject, through its place in émigré thought.
The source's own abstract
Azərbaycanda millətin və dövlətçiliyin formalaşmasında bir sıra mütəfəkkirlər, maarifçilər, aydınlar və onların əsas ideyaları mühüm rol oynamışdır. Bu qabaqcıl ideyalar millətin kimliyinin, hüquq və azadlıqlarının dərk edilməsində əsas rol oynamış, onu azadlıq, istiqlal uğrunda mübarizəyə ruhlandırmış və öz müstəqil dövlətinin yaradılmasında hərəkətverici qüvvəyə çevrilmişdir. Azərbaycan xalqının¸ gənclərinin istiqlal mübarizəsində mühüm rol oynamış şəxsiyyətlərdən biri, yüzlərlə məqalələrin müəllifi, öz əsərlərində xalqını daim müstəqilliyə səsləyən, onun mübarizə əzmini sınmağa qoymayan, azadlıq aşiqi Mirzə Bala Məmmədzadə olmuşdur. Məqalədə Mirzə Bala Məmmədzadənin Azərbaycan milli hərəkatında iştirakı, xalqın, millətin azadlığı, hüquqları, təhsili, istiqlal mübarizəsi ilə bağlı əsas ideya və düşüncələri öz əksini tapmış, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlətin inkişafı və millətin formalaşması istiqamətində düşüncələri təhlil edilmişdir. Məqalədə Mirzə Bala Məmmədzadənin müstəqillik ərəfəsində Azərbaycan xalqının soyqırıma məruz qalması, türk qoşunlarının köməyi ilə Bakının azad edilməsi, sovet Rusiyasının Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi və işğal planları qurması və digər məsələlər ətrafında yazıları, əsərləri, fikir və düşüncələri əks olunmuşdur.
Index
- People
- Mirza Bala Mehmetzade
- Places
- BaküAzerbaycan
- Units and institutions
- Kafkas İslam OrdusuMüsavat Partisi
The source's keywords
Art · Geology
