1960-cı illərdə Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin təhlili
Aynur Kerimli · Akademik Tarih ve Düşünce Dergisi, 2025
Kolleksiya xülasəsi
1960-cı illərdə Türkiyə tarixşünaslığında AXC və Qafqaz İslam Ordusu tarixinin təhlili.
Aynur Kərimlinin məqaləsi AXC tarixinin 1960-cı illərdə Türkiyə tarixşünaslığında necə tədqiq edildiyini Tevfik Bıyıklıoğlu, Hüsamettin Tuğaç və Sabahattin Selekin əsərləri üzərindən dəyərləndirir. Qafqaz İslam Ordusu, Osmanlı ordusu və Mudros barışığı bu tarixşünaslığın əsas mövzuları kimi nəzərdən keçirilir.
Mənbənin öz xülasəsi
Bu məqalədə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif aspektlərinin 1960-cı illərdə Türkiyə tarixşünaslığında tədqiqindən bəhs olunur. Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bu mövzu yarandığı dövrdən bu günədək Azərbaycan tarixçiləri ilə yanaşı, xarici ölkə tədqiqatçılarının, xüsusən də Türkiyə tarixçilərinin diqqət mərkəzində olmuşdur. Əvvəlki illərlə müqayisədə XX əsrin 60-cı illərində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin Türkiyə tarixçiləri tərəfindən araşdırılması əhəmiyyətli dərəcədə genişlənmişdi. Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda qurulan ilk türk dövləti kimi mühüm yer tutur. Bu respublika Türkiyə ilə Azərbaycan arasında əlaqələrin əsasını təşkil etmiş, iki ölkə arasında mədəni, siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Məqalədə Türkiyə tarixçiləri Tevfik Bıyıklıoğlu, Hüsamettin Tuğaç və Sabahattin Selek tərəfindən yazılmış əsərlərin tədqiqi əsas yer tutur.
İndeks
- Hərbi hissələr və qurumlar
- Kafkas İslam Ordusu
- Hadisələr
- Mondros Mütarekesi (30 Ekim 1918)
Mənbənin açar sözləri
Azerbaijan Democratic Republic · Azərbaycan Xalq Cümhuriyyəti · Baku · Bakı · Caucasian Islamic Army · Mudros Armistice · Mudros müqaviləsi · Osmanlı ordusu · Ottoman Army · Qafqaz İslam Ordusu · Turkish Society and Community · Türk Halkları ve Toplulukları
