Azərbaycan Xalq Cümhuriyyəti portalı: Ordu
Prezident Kitabxanası (axc.preslib.az)
Kolleksiya xülasəsi
Prezident Kitabxanasının AXC portalının 'Ordu' səhifəsi: Nuru Paşanın rəhbərliyi ilə Azərbaycan ordusunun yaradılması.
axc.preslib.az portalındakı səhifə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin Cümhuriyyətin elanından başlayaraq Müsəlman korpusu əsasında yaradılmağa başlandığını izah edir. İlk hökumətdə Hərbi Nazirlik nəzərdə tutulub Xosrov Paşa bəy Sultanov nazir təsdiq edilmiş, lakin kabinənin buraxılması ilə bu vəzifə ləğv edilmiş və ordu quruculuğuna rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdur; QİO komandanlığı ilə əlaqələri nizamlamaq üçün hərbi işlər üzrə baş müvəkkillik yaradılmışdır.
Mənbənin öz xülasəsi
Azərbaycan Xalq Cümhuriyyəti AZ | EN | RU Yaranması və fəaliyyəti Ümumi məlumat Milli Şura Parlament Hökumət Bakının qurtuluşu Ərazi Əhali İqtisadiyyat Təhsil Mədəniyyət Mətbuat Diplomatik əlaqələr AXC qurucuları Xronologiya Rəmzlər və atributlar Bayraq Gerb Himn Orden və medallar Pul Dil Ordu Sənədlər İstiqlal bəyannaməsi Parlamentin yaradılması AXC-nin süqutu Sərəncamlar və qərarlar Nitqlər, müraciətlər E-Kitablar E-Məqalələr Biblioqrafiya Kitablar Məqalələr Avtoreferatlar Xəritələr Fotoarxiv Ordu Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna Qafqaz İslam ordusunun komandanı Nuru Paşa rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi. Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi. General-leytenant Əlağa Şıxlınski Ordu quruculuğunun ilkin mərhələsi Stepan Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşürdü. Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. General Səməd bəy Mehmandarov 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandar
İndeks
- Yerlər
- Azerbaycan
- Hərbi hissələr və qurumlar
- Müslüman KolordusuAzerbaycan Halk Cumhuriyeti Harbiye NezaretiKafkas İslam Ordusu
